Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2024 08:56
Günəş Süd yolu adlı qalaktikamızın spiral qollarından birində - Orion-Qu qolunda yerləşir və planetlərlə birlikdə qalaktikanın mərkəzi ətrafında fırlanır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bir dövr təxminən 250 milyon ilə başa gəlir və bu, bir qalaktik il hesab olunur.
Hazırda Günəş məhz 250 milyon il əvvəl olduğu nöqtəyə çatıb, yəni Günəş sistemi qalaktikamızın mərkəzi ətrafında tam bir dövr edib.
Təbii ki, heç kim dəqiq tarixi, məsələn, tam dövrün başa çatdığı və ya tamamlanacağı günü, ili və ya əsri dəqiq deyə bilmir.
Yeri gəlmişkən, Yerin artıq 18 qalaktik yaşı var. Onun yaranmasından təxminən 4,5 milyard il keçib.