Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2019 16:04
Bakı. Trend:
İsveçrədə xeyriyyə hərracı zamanı dünyanın ən bahalı saatı satılıb.
Trend-in məlumatına görə, “Patek Philippe” markalı saat 31 milyon dollardan çox qiymətə müştərisini tapıb.
Saatın ən başlıca özəlliklərindən biri korpusunun iki siferblatdan ibarət olmasıdır. Belə ki, siferblatlardan biri çəhrayı qızıldan, digəri qara ağacdan düzəldilib.
Hərracdan qabaq saatın 3 milyon dollar dəyərində satılacağı ehtimal olunurdu.
Bundan əvvəlki rekord 17,8 milyon dollara satılmış “Rolex Daytona”ya məxsus olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin