Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Hər şeyi tamamilə dəyişdirdik”

“Hər şeyi tamamilə dəyişdirdik”

Tarix: 17 Yanvar 2024 23:24

"Bizim oyunlar final əhəmiyyəti daşıyır. Hər matça son oyunumuz kimi hazırlanırıq". 

Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında "Sərhədçi"nin baş məşqçisi Evren Alkaya deyib. 

O, Azərbaycan Baksetbol Liqasının 11-ci turunda "Şəki" üzərində 112:82 hesablı qalibiyyətdən danışıb:

"Şəki" basketbola yeni qədəm qoyan şəhərin komandasıdır. Federasiya ilə birlikdə yaxşı işlər görürlər, çalışırlar. Düzdür, bir az uğursuz matçlar keçirirlər, şanssız oyunları olur. Ümid edirəm ki, gələcəkdə daha yaxşı oyun göstərəcəklər, gözəl oyunlar hər kəsi sevindirəcəklər. Onlara uğurlar arzulayıram. Matça gəlincə, başlanğıc templi oldu. Hərəkətli oyun idi. Təkbətək press etdik, qısa zonada daha yaxşı olmağa çalışırdı rəqib. Bizim oyunçular bu həftə öndə daha sıx oynamağı məşq etdiyinə görə, nəticə oldu. Çox top aldıq, sürətli hücumlarımız olduq, ikinci şansa çox şərait yaratmadıq. İstər hücumda, istər müdafiə olunarkən yaxşı oynadıq. İlk hissədə nəticəni aldıq. Zədəsiz bir qələbə əldə etdik. Rəqibin çox atış etməsinə mane olduq. Bundan sonrakı matçlara da hazırlaşacağıq".

E.Alkaya komandanın yeni transferlərini də dəyərləndirib: "Yeni transferlər komandaya sürət qatmaq üçün gətirildi. 2 hücumçu heyətə qatdıq, onlardan biri hazırda zədəlidir. Digəri isə meydanda yaxşı işlər görür. Problemli yerləri təcrübəli oyunçularla sığortalamağa çalışırıq. Ribaundlarda istədiyimizi etdik. Hücumda düşündüklərimizi etməyə başlamışıq. Tam komplektləşmək üçün zamana ehtyacımız var. Hər şeyi tamamilə dəyişdirdik. Daha 10-15 günə ehtiyacımız var. Kuboka qədər matçlarda istədiyimiz əldə edərsək, bundan sonra daha yaxşı olacağıq".


Etiketlər:  Hər şeyi tamamilə dəyişdirdik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ