Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2024 18:40
18:39
Aparıcı Xədicə Sənanqızı Azərbaycan Dövlət Televiziya kanalındakı işindən ayrılıb.
Sonxeber.net xəbər verir ki, Oxu.Az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün aparıcı Xədicə Sənanqızı ilə əlaqə saxlayıb.
Aparıcı yorulduğunu qeyd edib:
"Mən uzun illərdir ki, televiziyadayam. Həftəlik proqramlarda aparıcılıq edirəm. Bəzən olur insan yorulur. Özümə vaxt ayırmaq istəyirəm.
Peşəkar insana hər zaman təkliflər var. Bir müddətlik işimi dondururam. Daha sonra bütün təklifləri dəyərləndirəcəyəm. Hər kəsə uğurlar arzulayıram. Sevda Ələkbərzadənin konsertinə hazırlaşırıq".
Oxu.Az-ın əldə etdiyi məlumata görə, aparıcı yanvar ayının 11-dən Türkiyədədir.
Fevral ayının əvvəlinə qədər İstanbulda olacaq. Yanvarın 24-də Sevda Ələkbərzadənin İstanbulda baş tutacaq konsertində mütləq şəkildə iştirak edəcək.
Qeyd edək ki, aparıcı Azərbaycan Dövlət Televiziyasında "Günə doğru" proqramında aparıcılıq edib. Yanvarın ilk həftələrində efirə çıxmayıb. Onun əvəzinə verilişi Nübar Əbil aparır.
--------
15:36
Xəbər verdiyimiz kimi, aparıcı Xədicə Sənanqızı AzTV kanalındakı fəaliyyətinə son qoyub.
Sonxeber.net bildirir ki, axşam.az-ın məlumatına görə, işdən çıxan aparıcı Azərbaycanı tərk edib. O, bir müddətdir ki, Türkiyədədir.
İstanbula yollanan X.Sənanqızı orada dincəlir. Aparıcı gəzinti görüntülərini izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, o, "Günə davam" proqramına aparıcılıq edirdi. Yanvarın ilk günündən etibarən Xədicə proqramda yer almayıb. Verilişi onun yerinə Nübar Əbil aparır.