Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2024 01:50
Yanvarın 18-də futbol üzrə Türkiyə kubokunun onaltıdabir final mərhələsində növbəti oyunlar keçirilib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, öz meydanında "Umraniyəspor"u qəbul edən "Qalatasaray" rəqibini 4:1 hesabı ilə məğlub edib. "Cim-Bom"un heyətində B.Yılmaz, Tete, Bardakçı və Dervişoğlu fərqləniblər. Qonaqların təsəlli qoluna isə "Qalatasaray"dan B.Yılmaz imza atıb (öz qapısına).
Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Trabzonspor" - "Manisa FK" - 3:1
"Konyaspor" - "Göztəpə" -2:1 (əlavə vaxtda)
"Sivasspor" - "Keçiörəngücü" - 3:2
"Kayserispor" - "Gənclərbirliyi" - 1:2.