Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Neftçi”nin 2 futbolçusu “Turan Tovuz”da

“Neftçi”nin 2 futbolçusu “Turan Tovuz”da

Tarix: 19 Yanvar 2024 14:16

"Turan Tovuz" heyətinə 2 yeni oyunçu cəlb edib. 

Milli.Az bildirir ki, bu barədə qol.az-a komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib. O, "Neftçi"dən müdafiəçi İsmayıl Zülfüqarlı və yarımmüdafiəçi Fərid Yusiflinin icarəyə götürüldüyünü bildirib: 

"Hər ikisi mövsümün sonuna qədər bizimlə olacaq. Potensiallı oyunçulardır. Şərtimiz belə olub ki, "Neftçi"nin razılığı olarsa, futbolçular mövsümün sonunda komandadan ayrılmayacaqlar". 

Xatırladaq ki. "Turan Tovuz" qış fasiləsində braziliyalı hücumçu Aleks De Souza da heyətinə cəlb edib. 

Milli.Az


Etiketlər:  Neftçinin 2 futbolçusu Turan Tovuzda


RƏYLƏR