Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2024 17:50
Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında İrana kimyəvi maddə ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz azaldaraq 545,1 milyon dollara çatdırıb.
Sonxeber.net-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2023-cü ilin dekabr ayında Türkiyə İrana kimyəvi maddə ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 1,4 faiz artıraraq 54,4 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin kimyəvi maddə ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz azalaraq, 30,6 milyard dollara bərabər olub.
2023-cü ilin dekabr ayında Türkiyə 2,7 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 0,4 faiz çoxdur.
Qeyd olunub ki , son 12 ay ərzində (dekabr 2022- dekabr 2023) Türkiyə 30,6 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.