Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəbizlikdən daha tez qurtulmağın qeyri-adi üsulu

Qəbizlikdən daha tez qurtulmağın qeyri-adi üsulu

Tarix: 20 Yanvar 2024 22:21

Qastroenteroloq Cozef Salhab xəbərdarlıq edib ki, bağırsaq hərəkətləri ilə bağlı çətinliklər hemoroid kimi xoşagəlməz sağlamlıq problemlərinə gətirib çıxarır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, "Tik-Tok"da yayımlanan videoda qəbizlikdən tez qurtulmağın qeyri-adi üsulunu təklif edib.

Səlhab ilk növbədə qəbizliklə mübarizə aparmaq üçün kivi, alma, armud, gavalı və pitahaya almağı məsləhət görüb. Həkimin sözlərinə görə, bu meyvələr bağırsaqları stimullaşdırır və bağırsaq hərəkətlərini təşviq edir. O, qəbizliklə mübarizədə növbəti addım kimi maqneziumu tövsiyə edib. Bu faydalı element təkcə yuxunun yaxşılaşmasına kömək etmir, həm də nəcisi yumşaldır.

Qastroenteroloq həmçinin bağırsaq hərəkətlərində çətinlik çəkirsinizsə, bir fincan espresso içməyi tövsiyə edib, çünki kofeinin yüngül işlətmə təsiri var. Bundan əlavə, o, daha çox müntəzəm su içməyə çağırdı, çünki bu, meyvələrdən alınan lifin effektivliyini təmin edəcəkdir.

Milli.Az


Etiketlər:  Qəbizlikdən daha tez qurtulmağın qeyri adi üsulu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ