Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xoşbəxtlik deyə məvhum yoxdur – Alimlərdən qərar

Xoşbəxtlik deyə məvhum yoxdur – Alimlərdən qərar

Tarix: 21 Yanvar 2024 22:30

Xoşbəxtlik haqqında fikirlər mifoloji təxəyyüldür və reallıqla heç bir əlaqəsi yoxdur.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, Cənubi Koliforniya universitetinin alimləri elmi araşdırma aparıb.

Onlar xoşbəxtlik hisslərini axtarıb, amma tapmayıblar.
Nəticələr göstərib ki, insan 100% xoşbəxtlik hissi keçirməyə qadir deyil.

Əgər bir insan özünü hansısa məqamda sevincli hiss edirsə, o anda o bir neçə hissi keçirir: təəccüb, narahatlıq, qorxu və kədər emosiyaları.

Alimlər bu qərara gəlib ki, bu baxımdan xoşbəxt olmaq insan üçün əsl problemdir.

İnsanın yaşı nə qədər artırsa, onun özünü xoşbəxt hiss etmək şansı bir o qədər azalır.

Psixoloqlar bunu yaşlandıqca, insanın həyat təcrübəsi artır və o baş verənləri çoxbucaqlı, çox şaxəli hiss edir.

Alimlər 50 min insanı analiz edərək, müəyyənləşdiriblər ki, hətta həyatın hansısa anında xoşbəxtlik hissini keçirəndə də zamanla bu hiss tamam başqa məna alır və normal qarşılanır.

İnsan anlayır ki, dünyada heç nə 100% pozitiv və ya neqativ ola bilməz.

Ona görə də xoşbəxtliyi axtarmaq real olmayan mifdir.


Etiketlər:  Xoşbəxtlik deyə məvhum yoxdur Alimlərdən qərar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ