Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda bürünc medal qazanmış cüdoçu vəfat etdi

Bakıda bürünc medal qazanmış cüdoçu vəfat etdi

Tarix: 22 Yanvar 2024 14:12

Kubalı cüdoçu Mariset Espinoza qəflətən dünyasını dəyişib.

Sonxeber.net "Unikal"a istinadən xəbər verir ki, 34 yaşlı idmançının ölümünə infarkt səbəb olub.

Ölkəsinin cüdo tarixində özünəməxsus yeri olan M.Espinoza 63 kiloqram çəki dərəcəsində Panamerika Oyunlarında iki dəfə qızıl medal qazanıb.

Bundan başqa, o, Azərbaycan, Çin, ABŞ, Yaponiya, Braziliya, Belçika, Panama və İtaliyadakı yarışlarda mükafatçılar sırasına düşüb.

Cüdoçu 2016-cı ildə Bakıda keçirilmiş "Böyük dəbilqə" turnirində bürünc medal qazanıb.
 


Etiketlər:  Bakıda bürünc medal qazanmış cüdoçu vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ