Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıya dayə kimi gətirilən afrikalı qadının başına oyun açdılar - FOTO

Bakıya dayə kimi gətirilən afrikalı qadının başına oyun açdılar - FOTO

Tarix: 24 Yanvar 2024 11:18

Bakıda "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına afrikalı qadın yerləşdirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sığınacağın sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, əcnəbi xanım ölkəyə dayə işi üçün gətirilsə də, sonradan onunla işləməkdən imtina edilib:

"Vətəndaşımız qadını dayə işləmək üçün ölkəmizə dəvət edib. Qadın ölkəyə gəldikdən sonra onu dəvət edən şəxs fikrindən daşındıqlarını, artıq dayə istəmədiklərini bildirib. Hazırda əcnəbi vətəndaş sığınacağımızdadır və çalışırıq onu düşdüyü vəziyyətdən çıxarmaq üçün əlimizdən gələni edək".

Milli.Az


Etiketlər:  Bakıya dayə kimi gətirilən afrikalı qadının başına oyun açdılar FOTO


RƏYLƏR