Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Model həddindən artıq seksual olduğu üçün mağazadan qovuldu - FOTOlar

Model həddindən artıq seksual olduğu üçün mağazadan qovuldu - FOTOlar

Tarix: 24 Yanvar 2024 22:46

Braziliyalı kontent prodüseri İara Ferreyra ABŞ-ın Mayami şəhərində alış-veriş edərkən başına gələn bir hadisə haqqında izləyicilərinə danışıb. O, mağazada onu tanıyaraq, yaxınlaşan bir işçi ilə arasında baş verənləri paylaşıb.

Milli.Az sfera.az-a itinadən bildirir ki, "OnlyFans" ulduzu seksual olduğu üçün qərəzlə üzləşdiyini deyib.

İara Ferreyra utanc verici vəziyyətin ABŞ-ın Mayami şəhərində baş verdiyini, onu tanıyan bir əməkdaşın da braziliyalı olduğu üçün ona yaxınlaşdığını bildirib.
İara vətənində də eyni tərzdə geyindiyinə baxmayaraq, Amerikadakı supermarketdən sırf "seksi" olduğuna görə qovulduğunu deyib.

"Özümü alçaldılmış hiss etdim, qışqıraraq məni mağazadan çıxaranda, sadəcə şokda idim. Görünüşümdə qəribə heç nə yox idi. Mən Braziliyada hər gün belə geyinirəm və heç vaxt belə bir şey yaşamamışam".

İara adını açıqlamadığı mağazada tək olduğunu deyib və hadisə zamanı nə geyindiyini açıqlamayıb.

"İşçi məni etmədiyim bir işdə ittiham etdi. Seksual insan olduğum üçün insanların qərəzilə üzləşirəm. Ərzaq mağazasının işçisi məni "OnlyFans"-dan tanıdığını dedi."

Model daha əvvəl Braziliya çimərliyində stringerli çimərlik paltarı geyindiyi üçün üç qadın tərəfindən alçaldıldığını da deyib.

Milli.Az


Etiketlər:  Model həddindən artıq seksual olduğu üçün mağazadan qovuldu FOTOlar


RƏYLƏR