Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Atletik" İspaniya Kral Kubokunda "Barselona"nı məğlub edib

Tarix: 25 Yanvar 2024 06:36

"Atletik" İspaniya Kral Kubokunun 1/4 finalında "Barselona"nı məğlub edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Bilbaodakı "San Mames" stadionunda baş tutan qarşılaşma 4:2 hesabı ilə bitib.

Bilbaodakı "San Mames" stadionunda baş tutan qarşılaşmada qolları Qorka Quruseta (1-ci dəqiqə), Oyan Sunset (49), İnyaki Uilyams (105+2) və Niko Uilyams (120+1) vurub. "Barselona"dan qolları Robert Levandovski (26) və Lamin Yamal (32) vurub.

Yarımfinal mərhələsində "Atletiko Madrid" "Sevilya" ilə üz-üzə gələcək. Bundan əvvəl "Real Sosyedad" və "Malyorka" turnirin 1/2 finalına yüksəlib.

Qarşılaşma yanvarın 25-də baş tutacaq.

Kral Kubokunun finalı aprelin 6-da Sevilyadakı "La Cartuja" stadionunda baş tutacaq.

2023-cü ildə kubokun sahibi 20 dəfə kuboku başı üzərinə qaldıran Real Madrid olub.

Turnirdə ən çox qələbə qazanan klub "Barselona"dır (31).

"Atletik"in isə 23 titulu var.

Milli.Az


Etiketlər:  Atletik İspaniya Kral Kubokunda Barselonanı məğlub edib


RƏYLƏR