Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xalq artisti Yusif Eyvazov Vyanada agentlik açır

Xalq artisti Yusif Eyvazov Vyanada agentlik açır

Tarix: 25 Yanvar 2024 07:10

Xalq artisti Yusif Eyvazov Avstriyanın paytaxtı Vyanada beynəlxalq incəsənət agentliyi açır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə sənətçi "Instaqram" sosial şəbəkəsində paylaşıb.

"Vyanada beynəlxalq incəsənət agentliyi açıram. Bir vaxtlar böyük səhnədə oxumaq arzum idi. İndi isə musiqi sənayesi ilə bağlı təcrübəmi və biliklərimi digər sənətçilərlə bölüşməyə, eləcə də onların yaradıcılıq ambisiyalarının real imkanlara çevrilməsi üçün şərait yaratmağa hazıram. Artıq bir neçə sənətçi ilə işləyirik. Əmin ola bilərsiniz ki, növbəti yazılarımda onlar haqqında sizə məlumat verəcəyəm. Tezliklə opera müğənniləri üçün dinləmələr keçirməyi, opera rejissorları və dirijorlar arasında istedad axtarmağı planlaşdırırıq" - deyə, sənətçi paylaşımında bildirib.

Qeyd edək ki, Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktorudur.

Milli.Az


Etiketlər:  Xalq artisti Yusif Eyvazov Vyanada agentlik açır


RƏYLƏR