Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Benzema "Real"a qayıdır? - Qardaşı danışdı

Benzema

Tarix: 26 Yanvar 2024 11:02

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun hücumçusu Kərim Benzemanın qardaşı onun "Real Madrid"ə mümkün qayıdışı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Milli.Az lent.az-a istinadən bildirir ki, jurnalist Fabrizio Romano sosial mediada Benzemanın qardaşının bu barədə münasibətini paylaşıb. O qeyd edib ki, futbolçunun qardaşı bu şayiələri saxta adlandırıb. Onun sözlərinə görə, hələ ki, Benzemanın "Real"a qayıtması ilə bağlı heç bir fikir yoxdur.

Daha əvvəl bildirilib ki, "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Los Blancos" rəhbərliyinin "Kral Klubunun" keçmiş hücumçusu Kərim Benzemanı geri qaytarmaqda israrlıdır.

Milli.Az


Etiketlər:  Benzema Reala qayıdır Qardaşı danışdı


RƏYLƏR