Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Klub prezidenti Osimhenin mövsümün sonunda gedəcəyini açıqladı

Klub prezidenti Osimhenin mövsümün sonunda gedəcəyini açıqladı

Tarix: 27 Yanvar 2024 22:04

"Napoli"nin hücumçusu Viktor Osimhen mövsümün sonunda komandasını tərk edəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bunu klubun prezidenti Aurelio De Laurentiis "Football Italia"ya açıqlamsında deyib:

"Biz bunu ötən yaydan bəri bilirdik. Osimhenin müqaviləsinin yenilənməsi üçün danışıqlar çox uzun oldu.  Ona görə də onun "Real" PSJ və ya Premyer Liqa komandasına gedəcəyini çox yaxşı bilirdik".

Qeyd edək ki, nigeriyalı hücumçu  2020-ci ilin payızında Fransa "Lill"indən Neapol təmsilçisinə keçib. 25 yaşlı futbolçu bu müddətdə bütün yarışlarda 119 oyuna çıxıb, 67 qol vurub, 17 qolun ötürməsini verib.

Milli.Az


Etiketlər:  Klub prezidenti Osimhenin mövsümün sonunda gedəcəyini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ