Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Milan” ilk dəfə bir oyunda iki penalti qaçırıb

“Milan” ilk dəfə bir oyunda iki penalti qaçırıb

Tarix: 28 Yanvar 2024 08:48

"Milan" statistika aparılma tarixində ilk dəfə A Seriyasının bir matçında iki penalti qaçırıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu qənaətə "Opta" analitik nəşri gəlib.

Verilənlərin toplanması tarixində ilk dəfədir ki, "Milan" İtaliya çempionatının bir matçında iki penaltidən qaçırıb.

İtaliya A Seriyasının 22-ci turunun "Milan" və "Bolonya"nın qarşılaşdığı matçda meydan sahibləri iki dəfə penalti nöqtəsindən dəqiq zərbə endirə bilməyiblər. Əvvəlcə Olivye Jiru 42-ci dəqiqədə topu tora göndərə bilməyib, Teo Ernandes isə 75-ci dəqiqədə uğursuz cəhd edib.

Bununla belə, analoji şans "Bolonya"ya düşdükdə komanda bundan maksimum yararlanıb: Rikardo Orsolini bunu qola çevirib.

Matç ümumilikdə bərabərə bitib - 2:2

Qeyd edək ki, bu oyundan sonra "Milan" 46 xal toplayıb. Stefano Piolinin komandası A Seriyasının turnir cədvəlində 3-cü pillədədir. "Bolonya" 33 xalla 7-ci yerdədir.

Milli.Az


Etiketlər:  Milan ilk dəfə bir oyunda iki penalti qaçırıb


RƏYLƏR