Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsa Məsihin bu FOTOsu müzakirələrə səbəb oldu

İsa Məsihin bu FOTOsu müzakirələrə səbəb oldu

Tarix: 30 Yanvar 2024 13:10

İspaniyada Pasxa bayramı üçün hazırlanan rəsmi plakatda  Hz.İsa Məsihin şəkli böyük müzakirələrə səbəb olub. 

Milli.Az "Unikal"a istinadən xəbər verir ki,  plakat ispanları iki yerə bölüb.  Bəziləri Hz.İsanın təsvirini "çox erotik" olduğunu bildirib. 

Minlərlə insan posterin dərhal geri götürülməsini tələb edən petisiyaya imza atıb. Bir çox ispan katolikləri İsanın surətinin xristian dəyərlərinə uyğun olmadığını ifadə edib. 

Rəsmi çəkən rəssam Salustiano Qarsiya Hz. İsanın təsvirinin katolik sənəti ilə tamamilə uyğun olduğunu bildirərək, "Şəkildə utancverici şeylər görənlər öz içindəki çirkli şeyləri əks etdirirlər" deyib. Qarsiya reaksiyaların mədəniyyətsizlikdən qaynaqlandığını və xristian sənətini bilən insanların bu rəsmin son dərəcə təbii olduğunu anlayacaqlarını qeyd edib.

Sevilyanın mühafizəkar meri Xose Luis Sanz rəsm əsərinin fərqli və cəsarətli olduğunu bildirərək Qarsiyanı dəstəkləyib.

Şəhərdəki LGBT hərəkatının liderləri də rəsm əsərini "təməl atma işi" kimi qiymətləndiriblər. İfrat sağçı katolik təşkilatı "Instituto de Politica Social", şəklin geri götürülməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyini  bildirib. 

Milli.Az


Etiketlər:  İsa Məsihin bu FOTOsu müzakirələrə səbəb oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ