Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Atəşgah” SŞ əməkdaşları maarifləndirici seminarda iştirak ediblər

“Atəşgah” SŞ əməkdaşları maarifləndirici seminarda iştirak ediblər

Tarix: 6 May 2019 16:09

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”də nəzərdə tutulmuş maliyyə savadlılığının artırılması istiqamətində tədbirlərdən biri olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası təşkilatçılığı ilə sığorta bazarı haqqında növbəti maarifləndirici seminar keçirilib.

Seminarda “Atəşgah” Sığorta Şirkətinin (SŞ) Anderraytinq və təkrarsığorta şöbəsindən Şəbnəm Bəşirova, Aktuar Hesablamalar Şobəsindən isə Elmar Məmmədrzayev və Nərmin Əliyeva iştirak ediblər. Onlar sığorta şirkətlərinin ümumi işləmə prinsipləri və öz çalışdıqları şöbənin işi barədə çıxış edərək məlumat veriblər. Tədbir iştirakçıları olan “Atəşgah” SŞ, Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən təqdim olunan mövzular tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

İnteraktiv metodlar və dialoq formasında keçirilən seminar çərçivəsində sığorta haqqında ümumi məlumat, mahiyyəti və sığortanın əsas növləri, sığorta riskləri və anderraytinq haqqında məlumat, həyat və qeyri-həyat sığortası mövzuları müzakirə olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Atəşgah əməkdaşları maarifləndirici seminarda iştirak ediblər


RƏYLƏR