Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail 100-dən çox fələstinlini azad etdi

İsrail 100-dən çox fələstinlini azad etdi

Tarix: 1 Fevral 2024 14:08

İsrail dördü qadın olmaqla, əvvəllər həbs olunmuş 100-dən çox fələstinlini azad edib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb.

Bildirilib ki, İsrail 4-ü qadın məhbus olmaqla, 114 nəfəri azad edib. Qeyd edilib ki, bütün bu fələstinlilər Qəzza zolağı ilə sərhəddə yerləşən "Kerem Şalom" keçid məntəqəsindən buraxılıblar.

Həmin şəxslərin hazırkı münaqişə tərəfləri arasında hər hansı ilkin razılaşmalar çərçivəsində azad edilib-edilmədiyi barədə məlumat verilmir.


Etiketlər:  İsrail dən çox fələstinlini azad etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ