Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2019 17:44
Bakı. Trend:
31 oktyabr 2019-cu il tarixində İtaliyanın Bari şəhərində parataekvondo üzrə sayca 8-ci Avropa çempionatı keçirilib. 18 ölkədən 250-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən FHN-in İdman-sağlamlıq mərkəzinin əməkdaşı, 4 qat Dünya, 2 qat Avropa çempionu, prezident mükafatçısı parataekvondoçu Aynur Məmmədova yüksək nəticə göstərərək +58 kq çəki dərəcəsində bütün döyüşlərdə qalib gələrək yarışın qızıl medalına layiq görülüb.
FHN-dən Trend-ə verilən məlumata görə, idmançımız 2020-ci ildə keçiriəcək Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.
1-3 noyabr 2019-cu il tarixlərində Makedoniyanın Skope şəhərində keçirilən, 20 ölkədən 1400-dən çox idmançının iştirak etdiyi Karate Do Şotokan idman növü üzrə Avropa çempionatında iştirak edən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssis xilasedicisi Gülnarə Əliyeva +55 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
12 noyabr 2019-cu il tarixində FHN-in İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev idmançıları qəbul edərək, onları qazandıqları naliyyətlərə görə təbrik edib, gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin