Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

3 min gənc müəllim müddətsiz müqavilə ilə işə qəbul olundu

3 min gənc müəllim müddətsiz müqavilə ilə işə qəbul olundu

Tarix: 2 Fevral 2024 18:02

Bu gün ölkəmizin ümumi təhsil müəssisələrində 20 418 gənc müəllim çalışır.

Milli.Az xəbər verir ki, 2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində 6081 gənc müəllim uğur qazanaraq ümumi təhsil müəssisələrinə işə qəbul olunub.

Onlardan 2967-si müddətsiz, 3114-ü isə müddətli müqavilə ilə təyinat alıb.

Həmçinin 3543 gənc müəllim isə həvəsləndirmə tədbirləri tətbiq edilən kənd məktəblərində çalışır. Onlardan 1768-i H1, 1775-i isə H2 (Həvəsləndirmə 1-rayon mərkəzindən 3 km-dən 20 km-ə, həvəsləndirmə 2 isə  20 km-dən artıq məsafədə yerləşən kənd məktəblərində çalışan müəllimlərin aylıq əmək haqqına əlavə)  tətbiq edilən məktəblərə qəbul edilib.

Milli.Az


Etiketlər:  3 min gənc müəllim müddətsiz müqavilə ilə işə qəbul olundu


RƏYLƏR