Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2024 06:52
Mərkəzi Bankın sədri Hafizə Gaye Ərkanın vəzifəsindən istefa verməsi tamam şəxsi qərarıdır və öz seçimidir. İqtisadi proqramımız qətiyyətlə davam etməkdədir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək deyib.
"Verdiyi qərara hörmət edirik və ölkəmiz qarşısında xidmətlərindən və töhfələrindən dolayı təşəkkür edirik. Türkiyə Mərkəzi Bankının yeni sədrinə və kollektivinə də uğurlar arzu edirik", - deyə nazir bildirib.
Qeyd edək ki, H.Ərkan MB sədriliyindən istefa verib, rəsmi qərarla Fateh Qaraxan onun yerinə təyin edilib.