Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avtomobillə ən uzun öpüşmə müsabiqəsi - 10 dəqiqə vaxt verilir

Avtomobillə ən uzun öpüşmə müsabiqəsi - 10 dəqiqə vaxt verilir

Tarix: 3 Fevral 2024 20:22

ABŞ-ın Texas ştatında avtomobillə öpüşmə realiti-şousu bir gündən çox davam edib. Bu, artıq bəzilərinin böyük marağına, digərlərinin isə qəzəbinə səbəb olub. Yerli avtosalon avtomobillə ən uzun öpüşmək üçün müsabiqə elan edib. Qalibə Koreya istehsalı olan avtomobil hədiyyə olunacaq. İstənilən mükafatın dəyəri təxminən 23 min dollardır.

Milli.Az lent.az-a istinadən xarici KİV-ə istinadən xəbər verir ki, marafon sosial şəbəkələrdən birində canlı yayımlanır.

50 saat dayanmaq lazımdır. İştirakçıların təxminən yarısı artıq yarışı tərk edib. Bəzi istifadəçilər bu cür şəraiti qeyri-insani adlandırırlar, lakin iştirakçılara hər saatda 10 dəqiqəlik fasilə verilir və onlar hətta tez bir zamanda pizza sifariş edə bilirlər.

Milli.Az


Etiketlər:  Avtomobillə ən uzun öpüşmə müsabiqəsi 10 dəqiqə vaxt verilir


RƏYLƏR