Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2024 08:26
ABŞ İraq və Suriyada endirdiyi zərbələr zamanı 85 hədəfdən 84-nü vurub.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə CNN Pentaqonun ilkin təhlilinə istinadla məlumat yayıb.
Kanalın məlumatına görə, 84 hədəf məhv edilib və ya funksional olaraq zədələnib.
Fevralın 3-nə keçən gecə ABŞ Silahlı Qüvvələri İraq və Suriyada 85-dən çox hədəfə zərbələr endirib. Bu, İordaniyadakı ABŞ hərbi bazasına pilotsuz təyyarə hücumuna cavab olub. Zərbələr pilotsuz təyyarələrlə komanda-nəzarət məntəqələrinə, kəşfiyyat mərkəzlərinə və anbarlara endirilib.
Pentaqon rəhbəri Lloyd Ostin ABŞ-ın İordaniyadakı Amerika bazasına hücumundan sonra İraq və Suriyadakı hədəflərə endirdiyi zərbələrin cavabın yalnız başlanğıcı olduğunu bildirib.
Yanvarın 28-nə keçən gecə pilotsuz təyyarə Suriya və İordaniya sərhədindəki Amerika hərbi bazasına hücum edib. CNN-in qeyd etdiyi kimi, Qəzzada müharibə başlayandan bəri ilk dəfədir ki, ABŞ Silahlı Qüvvələri düşmənin atəşindən sonra şəxsi heyət itkisinə məruz qalır.