Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bundan sonra işimiz daha ağır olacaq" - Adil Şükürov

Tarix: 5 Fevral 2024 22:18

"Allaha çox şükür olsun ki, belə vacib oyunda bizə qələbə qazanmaq nəsib oldu. Mən bütün "Kəpəz" azarkeşlərinə dəstəyə görə təşəkkür edirəm. Bura gələn və ya evdən, işdən bizi izləyənlər sevgi göstərirlər. Onların hamısının ürəyi bizimlədir".

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Misli Premyer Liqasının 21-ci turunda "Araz-Naxçıvan"a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, futbolçularına da təşəkkür edib: "Çalışdılar ki, verilən tapşırıqları maksimum yerinə yetirsinlər. Düzdür, bəzi çatışmazlıqlar oldu. Qarşıda böyük işlərimiz var, hazırlaşmalıyıq. Azər Bağırov doğrudan da, yaxşı komanda formalaşdırıb. Onun komandaları ilə oyunlar asan keçmir. İndi də bizə böyük çətinliklər yaşatdılar. Rəqibin heyətində bacarıqlı futbolçular var. Biz standart vəziyyətlər zamanı əlimizə düşən imkanlardan istifadə elədik. Məşqlərdə bunun üzərində işləmişdik. Məşqlərdə etdiklərimizi oyunlarda reallaşdıra bilirik və bu bizi sevindirir. Bundan sonra işimiz daha ağır olacaq. Buna hazır olmalıyıq".

Milli.Az


Etiketlər:  Bundan sonra işimiz daha ağır olacaq Adil Şükürov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ