Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu iki meyvə təzyiqi tez salır - Professor

Bu iki meyvə təzyiqi tez salır - Professor

Tarix: 6 Fevral 2024 23:12

Arterial təzyiqi tez və effektiv salan 2 ərzaq var.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, kardioloq Qrant Şexan bu 2 giləmeyvəni açıqlayıb.

"Nar və quşarmudu (aroniya) birbaşa təzyiqə təsir edir.

Bu meyvələr unikal hipotonik təsirə malikdir.
O qədər güclü təzyiqsalıcı təsiri var ki, aşağı təzyiqi olanlara qəti qadağandır.

Bu meyvələrdə angiotenzini deaktivə edən, damarları daraldan maddə var. Təzyiqi salma təsirinə malik digər meyvələr - C vitamini ilə zəngin sitrus meyvələridir.

C vitamini damarların elastikliyini bərpa edir, qanı durulaşdırır, nəticədə qan damarlarda yaxşı dövr edir və təzyiq normallaşır.

Kaliy və maqniylə zəngin ispanaq və çuğundur da damar funksiyalarına yaxşı təsir edir. Təzyiq müalicəsi mütləq həkim tərəfindən təyin olunmalıdır".


Etiketlər:  meyvə təzyiqi salır Professor


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ