Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2019 11:28
"Xorvatiyaya evdəki 0:4 hesablı məğlubiyyət barədə deyə bilərəm ki, hər şey hansı səbəbə görə baş verir. Bəlkə də, bu məğlubiyyət bizim bir yumruq kimi birləşməyimizə kömək olacaq. Xorvatlar bizdən güclü idi, ancaq biz də onların işini asanlaşdırdıq".
Qol.az-ın məlumatına görə, bu sözləri Slovakiya millisinin futbolçusu Stanislav Lobotka ölkəsinin mətbuatına deyib.
O, Avro-2020-in seçmə mərhələsində keçiriləcək Xorvatiya və Azərbaycanla oyunlar haqda da danışıb: "Sentyabrdakı Xorvatiya ilə indiki arasında fərq olacaq. Artıq qarşımızda dünya çempionatının ikincisi olan Xorvatiya yoxdur. Riyekada bərabərlik bizim üçün heç nəyi həll etmir. Əlimizə düşən şansı qorumaq istəyiriksə, mütləq qələbə qazanmalı və risk etməliyik. 0:0-a oynamamalı və təkcə standart vəziyyətlərdən qol gözləməməliyik. Xorvatlar topla yaxşı oynayırlar. Onların Avropada çətin duellərdə yaxşı təcrübəyə sahibdirlər. Ancaq Xorvatiyaya qalib gəlsək belə, arxayınlaşmayacağıq. Çünki Azərbaycanla da çox çətin oyunumuz olacaq".
"Selta"nın 24 yaşlı yarımmüdafiəçisi Azərbaycan - Uels görüşü barədə də fikirlərini bildirib: "Fikrimi öz oyunumuza yönəltmişəm, paralel keçəcək digər görüş mənim fikrimi yayındırmayacaq. Əlbəttə, həmin matçdakı heç-heçə bizə kömək edəcək. Lakin biz yalnız öz oyunlarımıza köklənməliyik və bunun sayəsində irəliləyə bilərik".