Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2019 12:44
Slovakiya millisinin kapitanı Marek Hamşik Avro-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla oyunlar öncəsi fikirlərini bildirib.
Qol.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan 32 yaşlı hücumçu son 2 görüşün onlar üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “İstirahətdən sonra son 2 turun matçı səbirsizliklə gözləyirəm. Xorvatiya ilə eyni heyətə malik olmasaq da sona qədər mübarizə aparacağıq. Xorvatiyayla matçdan yaxşı nəticə qazandıqdan sonra Azərbaycanla matça köklənəcəyik”.
Qeyd edək ki, noyabrın 16-da Xorvatiyanın qonağı olacaq Slovakiya yığması bundan 3 gün sonra Azərbaycan millisini qəbul edəcək.