Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vatsapda bu da mümkün olacaq

Vatsapda bu da mümkün olacaq

Tarix: 9 Fevral 2024 20:20

Vatsapın dəstək xidməti ilə əlaqə saxladığı zaman süni intellekt (AI) ilə ünsiyyət qurmaq imkanı olacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Mütəxəssislər bildiriblər ki, iOS cihazlarında vatsapın yeni yeniləməsi süni intellektlə qarşılıqlı əlaqəyə imkan verəcək.

"Dəstək qrupunun bəzi cavabları istifadəçilərə operativ kömək göstərmək üçün neyron şəbəkəsi tərəfindən yaradılacaq", - materialda deyilir.

Qeyd olunub ki, AI-nin xidmətə tətbiqinə baxmayaraq, neyron şəbəkənin cavabı onların problemini həll etməsə, istifadəçilər yenə də kömək üçün real operatora müraciət edə biləcəklər.

Yeni funksiya inkişaf mərhələsindədir və gələcək proqram yeniləməsində əlçatan olacaq.

Milli.Az


Etiketlər:  Vatsapda bu da mümkün olacaq


RƏYLƏR