Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Tesla” şirkəti Berlində ilk Avropa zavodunu tikəcək

“Tesla” şirkəti Berlində ilk Avropa zavodunu tikəcək

Tarix: 14 Noyabr 2019 14:32

ABŞ-ın elektromobillərin istehsalı üzrə “Tesla” şirkəti Avropada ilk olmaqla Berlin yaxınlığında böyük zavod tikəcək. Bu barədə “Deutsche Welle” teleradio şirkətinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, “Tesla” şirkətinin rəhbəri İlon Maskın sözlərinə görə, müəssisə hazırda Berlin ətrafında inşası aparılan yeni aeroport yaxınlığında yerləşəcək. Zavod nəzdində, həmçinin mühəndis və dizayner mərkəzinin açılması nəzərdə tutulur. Şirkət rəhbəri yeni zavodun tikintisi üçün yerin seçilməsini Almaniya mühəndislərinin böyük uğurları, eləcə də Berlinin dünyanın dizayn mərkəzlərindən olması ilə izah edib.

 

Hazırda “Tesla” ümumilikdə üç zavoda malikdir. Onların ikisi ABŞ-da yerləşir, digəri isə 10 ay əvvəl Çində istifadəyə verilib. Yeni Berlin müəssisəsində “Tesla” şirkəti “Y” modelindən başlayaraq elektromobillərin və onlar üçün batareyaların buraxılışını planlaşdırır.

 

Nizam Nuriyev




Etiketlər:  Tesla şirkəti Berlində ilk Avropa zavodunu tikəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ