Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa ABŞ-ın donunun altına sığınıb

Avropa ABŞ-ın donunun altına sığınıb

Tarix: 13 Fevral 2024 19:12

Avropa Birliyi ABŞ-ın köməyi olmadan öz təhlükəsizliyini təmin edə bilməyəcək və Vaşinqtonun NATO-dakı imkanlarını əvəz etmək avropalılara onilliklər və milyardlarla dollarlıq investisiyalara başa gələcək.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Politiko" nəşri yazıb.

"Avropalılar Vaşinqton olmadan birləşib özlərini müdafiə edə biləcəklərmi? Tarix göstərir ki, onlar sadəcə olaraq əvvəlki vəziyyətlərinə qayıdacaq və xaosa qərq olacaqlar", - nəşr bildirib.

Qeyd olunub ki, Donald Trampın 2020-ci il seçkilərində məğlubiyyətindən sonra Avropa əvvəlki vəziyyətinə qayıtdı:

"Köhnə transatlantikçi olan Bayden Trampın NATO-ya ziyanını aradan qaldırmağa çalışdı və avropalılara komfort zonasına qayıtmağa imkan verdi. Baydenin isti qucağı avropalılara xəyali təhlükəsizlik hissi versə də, AB silah istehsalını artıra bilmədi. Əvəzində isə Avropa ABŞ donunun altında gizləndi".


Etiketlər:  Avropa ABŞ donunun altına sığınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ