Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qətlə yetirilən bir ailənin 5 üzvü bu məzarlıqda dəfn olunacaq

Qətlə yetirilən bir ailənin 5 üzvü bu məzarlıqda dəfn olunacaq

Tarix: 14 Fevral 2024 13:52

Dünən qətlə yetirilən ailənin üzvləri bu gün dəfn olunacaqlar. 

Milli.Az azxəbər-ə istinadla bildirir ki, dünən qətlə yetirilən bir ailənin 5 üzvü bu gün Keşlə qəbiristanlığında dəfn olunacaq.

Qətlin baş verməsi ilə bağlı danışan ailə yaxını bildirib ki, Əhməd dəhşəti törətməzdən əvvəl bacısının evinə gedib, orada bacısı və bacısının övladını öldürəndən sonra atasının yanına gedib. 
Atası ilə sözləri çəp gəldikdən sonra atasını ürəyindən bıçaqlayıb. 
Qonşu mərhum məktəb direktoru Bikə Əhmədovaya zəng edib evlərindən səs gəldiyini bildirib. Bikə Əhmədova kiçik oğlu Məhəmməd ilə evə gələndə həyat yoldaşı Mehmanı qanlar içində görüb.
 
Qaçmaq istəyən zaman oğlu Əhməd anasını və qardaşını xüsusi amansızlıqla qətlə yetirib.

Milli.Az


Etiketlər:  Qətlə yetirilən bir ailənin 5 üzvü bu məzarlıqda dəfn olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ