Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi

Tarix: 14 Fevral 2024 15:26

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, günün ilk matçında "Turan Tovuz" "Qəbələ"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tovuz təmsilçisinin qollarını 43-cü dəqiqədə Aleks Souza və 53-cü dəqiqədə Ayxan Hüseynov vurublar. Qonaqların heyətində isə 77-ci dəqiqədə Bilel Auaşeriya fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran "Turan Tovuz" 6-cı pilləyə yüksəlib. 15 xalla qalan "qırmızı-qaralar" isə sonuncudurlar.

Qeyd edək ki, bu gün "Zirə" - "Sumqayıt" və "Araz-Naxçıvan" - "Neftçi" matçları da keçiriləcək. Turun əvvəlki görüşlərində "Səbail" "Kəpəz"ə qalib gəlib (4:1), "Qarabağ" - "Sabah" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 3:3.

Milli.Az


Etiketlər:  Turan Tovuz Qəbələni məğlub etdi


RƏYLƏR