Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2024 19:28
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xovayev Ermənistan-Azərbaycan sülh müqaviləsini müzakirə etmək üçün Bakıdadır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Xovayevin Bakıda Azərbaycandan olan həmkarları ilə görüşləri nəzərdə tutulub.
Zaxarova Xovayevin yaxın vaxtlarda İrəvana səfərinə ümid etdiyini də söyləyib.