Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bredli Kuper məşhur aktrisa ilə kameralara tuş gəldi - FOTO

Bredli Kuper məşhur aktrisa ilə kameralara tuş gəldi - FOTO

Tarix: 14 Fevral 2024 19:55

Aktyorlar Bredli Kuper və Emma Stoun bir-birini qucaqlayarkən kameralara tuş gəliblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Bredli Kuper və Emma Stoun fevralın 12-də Beverli-Hillsdə keçirilən 96-cı "Oskar" mükafatlarına namizədlərin nahar yeməyində iştirak ediblər. Aktrisa tədbirdə qara gödəkçədə, bej rəngli əlavəli şalvarda və hündürdaban ayaqqabıda görünüb. Sənətçi xalq qarşısına ağ köynək, boz gödəkçə, tünd sviter, yaşıl şalvar və qəhvəyi çəkmə ilə çıxıb. Məşhurlar qucaqlaşaraq foto çəkdiriblər.

Qeyd edək ki, ötən ilin oktyabrında Bredli Kuperin Cici Hadidlə münasibəti ilə bağlı şayiələr yayılmışdı. O zaman modeli aktyorla ilk dəfə olaraq görmüşdülər. Cütlük Nyu-Yorkda nahar etmiş, şəhəri gəzərkən fotolar çəkdirmişdi.

Milli.Az


Etiketlər:  Bredli Kuper məşhur aktrisa ilə kameralara tuş gəldi FOTO


RƏYLƏR