Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İbrahim Köşdərə İlham Əliyevi təbrik edib

İbrahim Köşdərə İlham Əliyevi təbrik edib

Tarix: 15 Fevral 2024 10:12

Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyasından olan deputatı İbrahim Köşdərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycanda keçirilən prezident seçkilərində qələbə qazanaraq yenidən dövlət başçısı seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırır, fəaliyyətinizdə uğurlar arzulayıram.

Azərbaycanın inkişafı və xalqın rifahının yüksəlməsi, eləcə də ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində səylərinizi xüsusi olaraq qeyd edirəm.

Sizi, dost və qardaş Azərbaycan xalqını bir daha təbrik edir, xoş arzularımı bildirirəm".


Etiketlər:  İbrahim Köşdərə İlham Əliyevi təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ