Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2019 20:28
Bakı. Trend:
Bakı Dövlət Universitetində (BDU) TGT-nin təşkilatçılığı ilə kiber təhlükəsizlik mövzusunda “Cybernetic19” adlı təlim keçirilib.
Məqsədi tələbələrə bu sahədə biliklərini artırmaq olan təlimdə SABAH qruplarının Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “Kompüter elmləri” ixtisasında təhsil alan IV kurs tələbəsi Əli Məmmədli “Haker kimdir və ondan necə qorunmaq lazımdır” adlı təqdimatla çıxış edib. O, önəmli şəxsi və korporativ məlumatların qlobal şəbəkəyə sızmasının qarşısını almaq, əsas və real təhlükələrə fokuslanaraq daha az resurs ilə təhlükəsizliyin artırılmasını təmin etmək, ölkəmizi hazırda və gələcəkdə kiber hücumlara qarşı daha davamlı və güclü etməyin yollarından danışıb. Əli Məmmədli, həmçinin kiber cinayətlərdən xəbərdar olmayan insanların daha asanlıqla öz məlumatlarını onlayn olaraq paylaşdığını, bu səsbəbdən də kiber cinayətlərin sürətlə artdığını deyib.
Daha sonra tələbələrə kiber təhlükələrə qarşı qorunma tədbirləri haqda məlumat verilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin