Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Emil Kızayev İlham Əliyevi təbrik edib

Emil Kızayev İlham Əliyevi təbrik edib

Tarix: 16 Fevral 2024 10:39

Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Emil Kızayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az president.az-a istinadən bildirir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Qırğızıstan Həmkarlar İttifaqları Federasiyası adından səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.

Bu qələbə Sizin Azərbaycan Prezidenti vəzifəsində fədakar fəaliyyətinizin məntiqi nəticəsi və xalqın gələcəkdə də respublikanın sosial-iqtisadi inkişafı, suverenliyinin möhkəmləndirilməsi və beynəlxalq arenada nüfuzunun yüksəldilməsi kursuna dəstəyinin təzahürüdür.

Əminik ki, Sizin rəhbərliyiniz altında qardaş xalqlarımız arasında mədəni və mənəvi bağlar daha da möhkəmləndiriləcək, ikitərəfli əməkdaşlıq, o cümlədən respublikalarımızın milli həmkarlar ittifaqları arasında əlaqələr inkişaf edəcəkdir.

Qırğızıstan Həmkarlar İttifaqları Federasiyası Sizin şəxsinizdə bütün Azərbaycan xalqını demokratiyanın, ədalətin və həmrəyliyin təntənəsi münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzulayır".

Milli.Az


Etiketlər:  Emil Kızayev İlham Əliyevi təbrik edib


RƏYLƏR