Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tarix yazan güləşçilərimizin qarşılanma mərasimi - VİDEO

Tarix yazan güləşçilərimizin qarşılanma mərasimi - VİDEO

Tarix: 16 Fevral 2024 14:32

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizə aparan Azərbaycan millisi Vətənə geri dönüb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, idmançılar Heydər Əliyev Beynəlxalq Aeroportunda təntənəli şəkildə qarşılanıblar. Komandanı idman ictimaiyyəti, eləcə də yığma üzvlərinin yaxınları və media nümayəndələri qarşılayıblar.

Millimiz Avropa çempionatında növbəti dəfə rekorda imza atıb. 3 qızıl, 2 gümüş və 1 bürünc medal əldə edən yığmamız medalların əyarına görə, Avropa çempionatlarında ən yaxşı nəticəsinə imza atıb. Komandamız ilk dəfə bir qitə birinciliyində 3 qızıl medal qazanıb.

Qarşılanmanın videovariantını təqdim edirik.

Milli.Az


Etiketlər:  Tarix yazan güləşçilərimizin qarşılanma mərasimi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ