Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu, terrora mükafatdır - Netanyahu

Bu, terrora mükafatdır - Netanyahu

Tarix: 16 Fevral 2024 19:30

İsrail fələstinlilərlə daimi nizamlanma ilə bağlı beynəlxalq diktələri qəti şəkildə rədd edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu X sosial platformasındakı paylaşımında yazıb.

"İsrail Fələstin dövlətinin birtərəfli qaydada tanınmasına qarşı çıxmağa davam edəcək. 7 oktyabr qırğınından sonra belə bir tanınma terrorizmə böyük mükafat verəcək və gələcək sülh sazişinin qarşısını alacaq. Sülh sazişi yalnız ilkin şərt olmadan birbaşa danışıqlar nəticəsində əldə oluna bilər", - o bildirib.

Milli.Az


Etiketlər:  Bu terrora mükafatdır Netanyahu


RƏYLƏR