Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Onunla bir müddət vaxt keçirə bildiyimə görə minnətdaram”

“Onunla bir müddət vaxt keçirə bildiyimə görə minnətdaram”

Tarix: 16 Fevral 2024 19:58

Şahzadə Harri xəstəliyini öyrəndikdən sonra atası Böyük Britaniya kralı III Çarlzla görüşməsindən danışıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Harri "ABC News"a müsahibə verib.

"Mən təyyarəyə mindim və bacardığım qədər tez onu görməyə getdim. Bax, mən ailəmi sevirəm. Təyyarəyə minib onu görməyə və onunla bir müddət vaxt keçirə bildiyimə görə minnətdaram", - Harri bildirib.

Qeyd edək ki, fevralın 5-də Bukinqem sarayının mətbuat xidməti Böyük Britaniya kralı III Çarlzda xərçəng aşkarlandığını açıqlayıb. Fevralın 6-da isə Şahzadə Harri atasının yanına uçub. Jurnalistlərin sözlərinə görə, hersoq kralla cəmi 30 dəqiqə vaxt keçirib.


Etiketlər:  Onunla müddət vaxt keçirə bildiyimə görə minnətdaram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ