Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xaricdə doktorantura üzrə oxuyan Azərbaycan vətəndaşlarının təhsilinin maliyyələşdirilməsi qaydaları təsdiqləndi

Xaricdə doktorantura üzrə oxuyan Azərbaycan vətəndaşlarının təhsilinin maliyyələşdirilməsi qaydaları təsdiqləndi

Tarix: 15 Noyabr 2019 11:08

Bakı. İlhamə İsabalayeva – Trend:

Nazirlər Kabineti “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi qaydaları”nı təsdiqləyib.

Trend-in məlumatına görə, qaydalara əsasən, Dövlət Proqramı çərçivəsində xaxarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsili maliyyələşdirilən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra – proqram iştirakçıları) seçimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi seçim meyarları və prosedurları əsasında həyata keçirilir.

Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Təhsil Nazirliyi, proqram iştirakçısı və təhsili başa çatdıqdan sonra proqram iştirakçısı ilə əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycanın ali təhsil müəssisəsi arasında bağlanılan müqaviləsasında həyata keçirilir. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi üçün vəsaitlər Nazirliyin təqdim etdiyi sifarişlər əsasında maliyyələşdirən qurum tərəfindən xarici valyuta ilə və ya sifarişin rəsmiləşdirildiyi tarixə Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə İdarəetmə Qrupunun xəzinə hesabına köçürülür.

Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi proqram iştirakçılarının təhsil, viza və təhsil aldığı ölkədə qeydiyyat, aylıq yaşayış, tibbi sığorta, beynəlxalq nəqliyyat xərclərini əhatə edir. Beynəlxalq nəqliyyat xərclərinə proqram iştirakçısının hər tədris ili üçün bir dəfə təhsil aldığı ölkəyə gedişi və Azərbaycana gəlişi üçün təyyarə (“ekonom-sinif” üzrə bir baqaj ödənilməklə) və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletinin qiyməti aiddir. Təhsil müddəti uzadıldıqda, təhsilin maliyyələşdirilməsi 1 ildən artıq olmayan müddətdə həyata keçirilir. 3.2. Akademik məzuniyyətdə olan dövrdə proqram iştirakçısının xərcləri maliyyələşdirilmir.

Qaydalarda qeyd edilir ki, proqram iştirakçılarının ixtisas istiqamətlərinin dəyişdirilməsinə yol verilmir. Proqram iştirakçısı hər hansı səbəbə görə xarici ali təhsil müəssisəsinin olduğu ölkəyə xarici ali təhsil müəssisəsində tədrisin başlama tarixindən daha gec daxil olduqda və ya həmin xarici ali təhsil müəssisəsində daha gec qeydiyyatdan keçdikdə, onun aylıq yaşayış xərcləri gecikmə müddətinə uyğun olaraq azaldılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Xaricdə doktorantura üzrə oxuyan Azərbaycan vətəndaşlarının təhsilinin maliyyələşdirilməsi qaydaları təsdiqləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ