Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ” – “Braqa” oyununun hakimləri açıqlandı

“Qarabağ” – “Braqa” oyununun hakimləri açıqlandı

Tarix: 20 Fevral 2024 10:50

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Braqa" matçının təyinatları açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, qarşılaşmanı Bolqarıstandan olan hakimlər idarə edəcək.

Görüşün baş hakimi Georgi Kabakov olacaq. Ona Martin Marqaritov və Diyan Valkov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Nikola Popov yerinə yetirəcək. Matçda VAR İvaylo Stoyanov, AVAR isə Draqomir Draqanov olacaq. Görüşdə hakim-inspektor vəzifəsini Petteri Kari (Finlandiya) icra edəcək.

Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" - "Braqa" oyunu saat 21:45-də başlayacaq.

Milli.Az


Etiketlər:  Qarabağ Braqa oyununun hakimləri açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ