Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Navalnının qardaşı axtarışa verildi

Navalnının qardaşı axtarışa verildi

Tarix: 20 Fevral 2024 17:24

Rusiya müxalifətinin həbsxanada müəmmalı şəkildə ölmüş nümayəndəsi Aleksey Navalnının qardaşı Oleq Navalnı barəsində axtarış elan edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Daxil İşlər Nazirliyindən bildirilib.

Ona qarşı irəli sürülən ittiham hələ ki məlum deyil.

Qeyd edək ki, Oleq Navalnı barəsində 2022-ci ilin yanvarında axtarış elan edilib. Bundan əvvəl Cinayət-İslah Müfəttişliyi Oleq Navalnının "sanitariya işi" adlanan iş üzrə şərti cəzasının ləğvi təklifi ilə məhkəməyə müraciət etmişdi. Cinayət işi 2021-ci il yanvarın 23-də Moskvada Aleksey Navalnıya dəstək üçün hakimiyyətin icazə vermədiyi etiraz aksiyası ilə bağlı hadisələrə aiddir. Tədbirdən sonra sanitar-epidemioloji qaydaların pozulması da daxil olmaqla bir sıra cinayət işləri açılmışdı. Bu məsələ ilə bağlı müxalifətçinin bir neçə tərəfdarı, o cümlədən Oleq Navalnı saxlanılmışdı.

Xatırladaq ki, bu il fevralın 16-da Aleksey Navalnı Rusiyanın Yamalo-Nenesk muxtar dairəsində 3 saylı islah əmək müəssisəsində ölüb. İstintaq Komitəsi siyasətçinin ölüm faktı üzrə araşdırmalara başlayıb.

Milli.Az


Etiketlər:  Navalnının qardaşı axtarışa verildi


RƏYLƏR