Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xoşbəxt münasibət qurmağınıza nə mane olur? - Xəbərsiz olduğunuz NÜANSLAR

Xoşbəxt münasibət qurmağınıza nə mane olur? - Xəbərsiz olduğunuz NÜANSLAR

Tarix: 20 Fevral 2024 21:51

Sıfırdan yaşamağa başlamaq istəyi bəzən sadəcə arzu olaraq qalır. Bu, mənfi təcrübə toplamaq vərdişinə görə baş verir. Ancaq təcrübə keçmiş həyatdan faydalı bir qazancdır, irəliləməyə mane olmamalıdır.

Milli.Az lent.az-a istinadən bildirir ki, bəzən keçmişdə yaşanan mənfi anlar normal münasibətlərin qurulmasına mane olur və bir çoxları yeni uğursuzluqların məhz bu vəziyyətlə əlaqəli olduğunu bilmir.

Bu necə baş verir?

Ən sadə nümunə, hər kəsin dəyişdiyinə və sevilən bir insana etibar edilə bilməyəcəyinə dair qurulmuş inancdır. Nəticədə, keçmişdən gələn bütün mənfi düşüncələr yeni tərəfdaşa, bəlkə də çox müsbət bir insana ötürülür. Nəticədə konfliktlər yaranır və eyni model köhnə ssenari üzrə, eyni emosiyalarla təkrarlanır.

Səbəb nədir?

Bu, şüuraltında qalan pis anların keçmişlə indiki arasındakı fərqi görmədən hər iki vəziyyəti eyniləşdirməsi səbəbindən baş verir. Çünki hazır şablondan istifadə etmək yenisini yaratmaqdan daha asandır. Beyin yeni vəziyyət üçün köhnə münasibətləri "sınamaqla" ən sadə yolu seçir.

Narahatlıqlardan qurtulmaq üçün bütün hissləri yenidən yaşamaq lazımdır. Yaxşıları və pisləri, çünki onsuz yeni bir şey hiss edə bilməyəcəksiniz.

Milli.Az


Etiketlər:  Xoşbəxt münasibət qurmağınıza mane olur Xəbərsiz olduğunuz NÜANSLAR


RƏYLƏR