Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cavanşir Quliyevin səhhəti necədir? - AÇIQLAMA

Cavanşir Quliyevin səhhəti necədir? - AÇIQLAMA

Tarix: 20 Fevral 2024 23:15

Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm. Bu müddət ərzində üç əməliyyat keçirdim, ürək, beyin və qarın boşluğunda əməliyyat oldum.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondu tərəfindən Türkiyədə müalicə olunan Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Real TV-yə müsahibəsində deyib.

Bəstəkar Heydər Əliyev Fonduna və fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya ona göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını ifadə edib: "Burada əsas yardımın vaxtında edilməsi idi. Bu çətin vaxtda mənə dəstək olanlara minnətdaram".

Yaxın günlərdə müalicəsini bitirərək Bakıya dönəcəyini və fəaliyyəti ilə bağlı planlarının olduğunu bildirən C.Quliyev səhhəti barədə yayılan yalan informasiyalara da münasibət açıqlayıb:

"Lütfən dedi-qodulara inanmayın. Xüsusən də insanların sağlamlığı ilə. Rəsmi xəbər hardasa var, yəni olmaya bilməz".


Etiketlər:  Cavanşir Quliyevin səhhəti necədir AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ