Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yuliya Navalnayanın X səhifəsi bloklandı

Yuliya Navalnayanın X səhifəsi bloklandı

Tarix: 21 Fevral 2024 00:22

X sosial şəbəkəsi Aleksey Navalnının həyat yoldaşı Yuliyanın hesabını bloklayıb.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Meduza" məlumat yayıb.

Qeyd edilib ki, Aleksey Navalnının həyat yoldaşı fevralın 19-da X-də qeydiyyatdan keçib. Qısa müddətdə onun səhifəsinə 90 mindən çox insan abunə olub.

Aleksey Navalnının mübarizə yolunu davam etdirmək istəyən Navalnayanın X səhifəsinin niyə bloklandığı barədə açıqlama yoxdur.

Qeyd edək ki, rusiyalı müxalif siyasətçi 47 yaşlı Aleksey Navalnı 16 fevralda cəzaçəkmə müəssisəsində qəflətən vəfat edib. Onun ölüm səbəbi araşdırılır.


Etiketlər:  Yuliya Navalnayanın səhifəsi bloklandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ