Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu mövsüm “Napoli”nin 3-cü baş məqşçisi oldu

Bu mövsüm “Napoli”nin 3-cü baş məqşçisi oldu

Tarix: 21 Fevral 2024 08:10

"Napoli" Françesko Kalzonanın komandanın yeni baş məşqçisi təyin olunduğunu açıqlayıb.

"Françesko Kalzona bizim yeni baş məşqçimizdir. Xoş gəldiniz, cənab", - Lent.az xarici KİV-ə istinadən bildirir ki, klubun X sosial şəbəkəsindəki (keçmiş Twitter) rəsmi hesabında deyilir.

Xatırladaq ki, Kalzona əvvəllər "Napoli"də çalışıb, Luçano Spallettinin köməkçisi, sonra isə texniki inkişaf üzrə məşqçi kimi çalışıb. Bundan əvvəl o, "Peruca", "Alessandriya", "Sorrento", "Empol"i və "Kalyari" klublarında assistent olub. 

Kalzona bu mövsüm neapolluların üçüncü baş məşqçisidir; Mazzarridən əvvəl komandanı Rudi Qarsiya çalışdırırdı.

İtaliya çempionatının 24 turundan sonra "Napoli" 36 xal toplayıb və hazırda onuncu pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Bu mövsüm Napolinin 3 baş məqşçisi oldu


RƏYLƏR