Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Real Madrid”in əfsanəvi nömrəsi 17 yaşlı yeni futbolçuya verildi

“Real Madrid”in əfsanəvi nömrəsi 17 yaşlı yeni futbolçuya verildi

Tarix: 21 Fevral 2024 10:12

İyulun 17-də 18 yaşı tamam olacaq braziliyalı forvard Endrikə "Real Madrid"də əvvəllər Kərim Benzema və Alfredo Di Stefano kimi əfsanələrinin geyindiyi doqquzuncu nömrə veriləcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, İspan qrandı Endrikin transferini 2022-ci ilin dekabrında, oyunçunun 15 yaşı olanda təşkil etmişdi. Lakin hücumçu yalnız 18 yaşı tamam olanda, yəni 2023/24 mövsümünün sonunda "Real Madrid"ə keçə biləcək.

Müqavilənin müddəti 2027-ci ilə qədərdir. Transfer dəyəri 35 milyon avro təşkil edib.

Milli.Az


Etiketlər:  Real Madridin əfsanəvi nömrəsi 17 yaşlı yeni futbolçuya verildi


RƏYLƏR